Sabah bu ərazilərdə qaz olmayacaq

14:12 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Hafta.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.